Komanda.az-ın keçirdiyi "İlin məşqçisi" sorğusunda qalib olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mükafatlandırılma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, "Fairmont otel"də baş tutan tədbirdə Qurban Qurbanova kubok və sertifikat təqdim olunub.
Xatırladaq ki, 43 yaşlı mütəxəssis bu il 7-ci dəfə keçirilən sorğuda 6-cı dəfə qalib gəlib. Sorğuda 74 mətbuat orqanından 80 jurnalist (ötən il 51 mətbuat orqanından 57 jurnalist) iştirak edib. 49 jurnalist Qurban Qurbanova, 24 həmkarımız isə Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.