Hazırlıq matçları
Son Azərbaycan çempionu, Topaz Premyer Liqasının indiki lideri "Qarabağ` hələ də istirahətdədir.
Sportal.az xəbər verir ki, Ağdam klubu 2016-cı ilin hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq.
"Qarabağ" yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Yanvarın 24-nə qədər Antalyanın Belek bölgəsindəki "İC Santay" otelində məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:
16 yanvar – "Traktorsazi" (İran)
20 yanvar – "Diosqyor" (Macarıstan)
23 yanvar – "Admira Vakker" (Avstrya)
23 yanvar – "Yaqelloniya" (Polşa)