8 milyon avro təklif edilib
"Qalatasaray"ın hücumçusu Burak Yılmaz Çindən təklif alıb.
Sportal.az xəbər verir ki, Çinin "Şanxay Şenhua" klubu Burak Yılmaz üçün "Qalatasaray"a təklif göndərib. Buraka görə 8 milyon avro təklif edən Çin klubunun bu istəyi reallaşmaya bilər. Məsələ burasındadır ki. "Cim-Bom" hücumçusunu buraxmaq istəsə də, o, Çində oynamaq istəmir.
Buna görə də "Qalatasaray"ın bu təklifi rədd edəcəyi qeyd olunub.
saytlarin hazirlanmasi