Sadəcə 1 oyun rəhbərlik etdi
Türkiyə superliqa təmsilçisi "Gənclərbirliyi"ndə növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Yılmaz Vural vəzifəsindən kənarlaşdırılıb.
Buna klub prezidenti İlham Cavcavla Y.Vural arasında transfer məsələsindəki anlaşılmazlıq səbəb olub. Tərəflər arasında razılıq əldə olunmadığı üçün klub rəhbərliyi Vuralla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Yılmaz Vural 5 gün öncə komandanın sükanı arxasına gətirilmişdi və ilk oyununda "Eskişehirspor"a 2:0 hesabı ilə məğlub olmuşdu.
saytlarin hazirlanmasi