"Planımız nədirsə, həmin plan üzrə hərəkət edirik"
Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdman Yurdu”nun baş məşqçisi Bülənt Qorxmaz komandadan ayrılması ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında bu söz-söhbətlərinin yalan olduğunu bildirib:
"Klubdan göndərilməyim barədə heç bir məlumatım yoxdur. Planımız nədirsə, həmin plan üzrə hərəkət edirik. Təlim-məşq toplanışında komandanın sükanı arxasında olacağam. İkinci dövrəyə yaxşı başlamaq üçün toplanışda əlimizdən gələni etməyə çalışacıq.”
Qeyd edək ki, "Mersin İdman Yurdu” təlim-məşq toplanışına bu gün Antalyada başlayacaq.
Xatırladaq ki, "Mersin İdman Yurdu” "Qarabağ”ın futbolçusu Qara Qarayev və "Sumqayıt”ın futbolçusu Tural Rzayevin xidmətində maraqlıdır.
saytlarin hazirlanmasi