Zədəsini zağaldıb
"Qarabağ"ın uzun zamandır zədədən əziyyət çəkən futbolçusu Reynaldo komandaya qoşulub.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu artıq zədəsini zağaldıb. O, Ağdam təmsilçisinin təlim-məşq toplanışı keçdiyi Antalya şəhərinə gəlib. 27 yaşlı futbolçu hava limanındann şəklini "instaqram" hesabından paylaşıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə Bakıda keçirilən matçda (1 - 0) zədələnən Reynaldo 3 aydan çoxdur ki, komandasına kömək edə bilmirdi.
saytlarin hazirlanmasi