Məşq 90 dəqiqə davam etdi
"Qarabağ"ın Antalyada təlim-məşq toplanışına davam edir.
Sportal.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin planında 1 məşq vardı.
"Atlılar" ənənəvi olaraq, səhər məşqinə yerli vaxtla 11-də yollandı. Məşq 90 dəqiqə davam etdi. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutdu. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışdılar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatdı.
Qeyd edək ki, səhər məşqində Reynaldo və Rəşad Sadıqov xaric bütün futbolçular iştirak etdilər.
saytlarin hazirlanmasi