"Qarabağ" karyerama görə qətiyyən peşman deyiləm"
"Qurban Qurbanov mənimlə həmişə açıq danışırdı. O, dedi ki, mən irəlidə oynaya bilməyəcəyəm. Buna səbəb Azərbaycanda legionerlərə qoyulan limit idi".
Sportal.az xəbər verir ki, bu sözləri Hollandiyanın "Roda" klubuna transfer olan "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon deyib. Ağdam təmsilçisindən gedişi barədə danışan təcrübəli forvard ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Baş məşqçi məni beş ən yaxşı legioner arasında görmürdü. Amma hər şeyə rəğmən, mən "Qarabağ" karyerama görə qətiyyən peşman deyiləm. Çünki bu, mənim üçün çox əla təcrübə oldu".
saytlarin hazirlanmasi