Səbəb güclü qar yağmasıdır
Türkiyə superliqasının 19-cu turunda ötən gün keçirilməli olan “Trabzonspor” – “Beşiktaş” matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna səbəb güclü qar yağması olub. Oyundan əvvəl meydança bir neçə dəfə qardan təmizlənsə də, yenidən eyni vəziyyət yaranıb. Buna görə də matçın qarşıdakı günlərin birində keçirilməsinə qərar verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl güclü qar yağması səbəbindən "Beşiktaş" - "Mersin İdmanyurdu" oyunu yarımçıq dayandırılmışdı.
saytlarin hazirlanmasi