Başı partlayıb
Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçı davam edir.
Sportal.az xəbər verir ki, matçın 68-ci dəqiqəsində Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov zədələnib. "Kəpəz"in forvardı Julian Ebahla hava mübarizəsində toqquşan təcrübəli müdafiəçinin qaşı partlayıb.
Sadıqov etiraz edərək meydanı tərk edib. Kapitan tibbi yardım göstərildikdən sonra başısarıqlı halda meydana daxil olub və oyunu davam etdirir.
saytlarin hazirlanmasi