Rahid Əmirquliyev üçün 15 dəqiqə

18:39 - 2 Mart 2016

Əzələsini dartdı

 

Azərbaycan Kubokunun 1/4 final qarşılaşması çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında meydan sahiblərinin futbolçusu Rahid Əmirquliyev oyunu erkən başa vurmalı olub.

 

Sportal.az xəbər verir ki, əzələsini dartan Əmirquliyev cəmi 15 dəqiqə meydanda ola bilib. Onun əvəzinə meydana Riçard Almeyda daxil olub.

 

Qeyd edək ki, Rahidin hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.

Xəbər xətti