Müqaviləyə xitam verilib
Türkiyə PTT I Liqasında mübarizə aparan "Balıkəsirspor” komandası 1 futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki,Balıkəsir təmsilçisi Syerra-Leone milli komandasının üzvü Alfred Sanko ilə vidalaşıb. Türkiyə mətbuatında yer alan xəbərə görə, futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda ilə gələn ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq rəhbərlik onu göndərmək qərarına gəlib.
Qeyd edək ki, Sanko ötən il Azərbaycan Premyer Liqasında mübarizə aparan və hazırda fəaliyyətini dayandıran "Xəzər Lənkəran” komandasından Türkiyə klubuna transfer olunmuşdu. "Xəzər Lənkəran”ın heyətində 25 oyuna 2 qol vuran 27 yaşlı fubolçu "Balıkəsirspor”un heyətində keçirdiyi 15 matçda fərqlənə bilməmişdi.