Rəhbərlikdən Timur Təməltaşın transferini istəyib
Türkiyə PTT I Liqasında mübarizə aparan "Göztəpə" klubu növbəti mövsüm üçün heyəti gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, baş məşqçi postuna təyin olunan Okan Buruk rəhbərlikdən bir neçə futbolçunu transfer etməsini istəyib. Onlardan biri də 21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşdı. "Altınordu" klubu ilə yollarını ayıran gənc yarımmüdafiəçi özü də "Göztəpə"də oynamaq istəyir. 23 yaşlı futbolçu növbəti mövsümdən etibarən İzmir təmsilçisinin şərəfini qorumağa çox yaxındı.
saytlarin hazirlanmasi