Kapitanla yollar ayrıldı
İstanbul nəhəngi "Fənərbaxça”da gözlənilməz ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Türkiyə milli komandasının üzvü Gökhan Gönül klubla başa çatan müqaviləsinin müddətini artırmayıb.
Bu barədə məlumatı futbolçunun özü verib. "NTV Spor”a açıqlama verən kapitan "Fənərbaxça”dan ayrıldığını rəsmən açıqlayıb. 2007-ci ildən "Fənərbağça"da çıxış edən Gökhan Gönül Avropa çempionatından sonra yeni komandasının adını açıqlayacaq.
Qeyd edək ki, "Fənərbağça"dan Mixal Kadleç, Fabiano, Abdulaye Ba və Lazar Markoviç də ayrılıb.
saytlarin hazirlanmasi