Tomiç "Şanlıurfaspor"da
"Xəzər Lənkəran”ın sabiq futbolçusu Vyekoslav Tomiç karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra Sloveniyanın "Koper” klubuna transfer olunan futbolçu Türkiyə PTT I Liqasında çıxış edən "Şanlıurfaspor” komandası ilə münasibətlərini rəsmiləşdirib. 32 yaşlı qolkiper Urfa təmsilçisi ilə 1 illik rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Tomiç 2014/15 mövsümündə "Xəzər Lənkəran”da forma geyinib.
saytlarin hazirlanmasi