Türkiyədə baş verən proseslərə görə
Türkiyədə hərbi çevrişə cəhd göstərilməsi futbola da təsir göstərib. Belə ki, ölkədə baş verən siyasi gərginlik səbəbindən futbol qarşılaşmaları təxirə salınıb.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" ilə "Lyon" arasında keçirilməli olan hazırlıq qarşılaşması təxirə salınıb. Bu barədə İstanbul klubunun rəsmi saytından məlumat verilib. Lakin qarşılaşmanın hansı tarixdə keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, "Fənərbaxça" - "Lyon" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutmalı idi.
saytlarin hazirlanmasi