Azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Macarıstanda təlim-məşq toplanışında olan Qara Dəniz təmsilçisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb. "Bordo-mavilər" yerli "Qimort" klubu ilə qarşılaşıb. Ərsun Yanalın yetirmələri bu matçda rəqibini 2 - 0 hesabı ilə məğlub edib. "Trabzonspor"un qollarını Yusuf Ərdoğan və Yusuf Yazıcı vurub.
Ehtiyyat oyunçular skamyasında olan Ramil Şeydayev matçın 65-ci dəqiqəsində Kastilyonun əvəzinə meydana daxil olub.
saytlarin hazirlanmasi