Türkiyə millisinin və "Qalatasaray”ın əfsanəfi futbolçusu Ümit Karan məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, o, Türkiyə aşağı liqasında mübarizə aparan klubların birində çalışacaq. Belə ki, 40 yaşlı veteran hücumçu "Təpəcikspor”un baş məşqçisi təyin olunub. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Karan aşağı liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ümit Karan son olaraq "Teleqol” verlişində şərhçi kimi çalışırdı.
saytlarin hazirlanmasi