Türkiyə Super Liqa təmsilçisi "Antalyaspor" baş məşqçisi Xose Moraislə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Antalya təmsilçisinin prezidenti Ali Şafak Öztürk açıqlama verib. O, baş məşqçi postu üçün Rza Çalımbayla danışıqlara başladıqlarını bildirib.
Portuqaliyalı mütəxəssis bu il "Antalyaspor"un "sükanı arxasına" keçmişdi. Antalya təmsilçisi 51 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümə uğursuz başlanğıc edib. Belə ki, 6 turdan sonra qələbəyə həsrət olan və cəmi 2 xala malik komanda sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi