Türkiyənin "Beşiktaş” klubu ciddi ikti ilə üzləşib.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Caner Erkin uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. O, Super Liqanın son turunda "Antalyaspor"la (3:0) qarşılaşmada dabanından zədə alıb.
Əməliyyat olunan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Caner İtaliyanın "İnter” klubuna məxsus futbolçudu. O, mövsümün əvvəlindən icarə əsasında "Beşiktaş”da çıxış edir.
saytlarin hazirlanmasi