Türkiyə Super Liqasında 8-ci tura bu gecə baş tutan bir qarşılaşma ilə yekun vurulub.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. İstanbul təmsilçisi matçın 25-ci dəqiqəsində Emmanuel Emenikenin penalti zərbəsindən vurduğu qolla görüşdən 1 - 0 hesablı qələbə ilə ayrılıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "sarı-lacivərtlilər" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.
saytlarin hazirlanmasi