“Beşiktaş” klubu daha bir ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, İstanbul klubunun yarımmüdafiəçisi Anderson Taliska Super Liqanın son turunda "Gənclərbirliyi" ilə matçda zədələnib. Bu gün tibbi müayindən keçən futbolçunun sağ ayağında qırıq aşkarlanıb.
Taliskanın ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Beşiktaş”ın digər aparıcı üzvü Caner Erkin zədə səbəbindən 6 oy komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi