"Beşiktaş"ın braziliyalı futbolçusu Adriano İspaniyada məhkəmə qarşısına çıxacaq.
Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bu gün hakim qarşısına çıxacaq. Buna səbəb "sambaçı"nın vergidən yayınmaqda ittiham olunmasıdı. Belə ki, 6 il "Barselona"da çıxış etmiş təcrübəli futbolçu 614 min avro vergi ödəməmkdə ittiham olunur.
Qeyd edək ki, Adrianodan başqa "Barselona"nın futbolçuları Lionel Messi, Neymar, Xavyer Maskerano da vergidən yayınmaqda günahlandırılmışdı.
saytlarin hazirlanmasi