DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ömər Toprak sıradan çıxıb. 27 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. Buna görə də Ömər Toprak milli komandanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə - Kosovo matçı noyabrın 12-də Antalyada baş tutacaq.
saytlarin hazirlanmasi