"Qalatasaray"ın futbolçusu Armindo Bruma İngiltərə klubunun diqqət mərkəzindədi.
Sportal.az xəbər verir ki, "Tottenhem" portuqaliyalı futbolçunu yaxından təqib edir. London təmsilçisinin skautları daha öncə 6 qarşılaşmada gənc futbolçunu izləyib və onun oyunundan razı qalıb. İngilislər noyabrın 20-də baş tutacaq "Fənərbaxça"- "Qalatasaray" derbisini izləmək üçün də İstanbula gələcək.
"Tottenhem"in 20 yaşlı yarımmüdafiəçi üçün "Qalatasaray"a rəsmi təklif göndərəcəyi gözlənilir. "Sarı-qırmızılar" isə Brumanı 25 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
saytlarin hazirlanmasi