"Fənərbaxça" “Qalatasaray”la oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in aparıcı futbolçularından olan Cermen Lens zədə səbəbindən derbini buraxmalı olacaq.
28 yaşlı yarımmüdafiəçi Hollandiya millisinin Belçika ilə keçirdiyi hazırlıq qarşılaşmasında (1:1) zədələnib.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı noyabrın 20-i keçiriləcək.
saytlarin hazirlanmasi