Türkiyə Super Liqasının XII turunda "Qalatasaray" "Bursaspor"u qəbul edib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşma "sarı-qırmızılar"ın ulduz futbolçusu Uesli Sneyder üçün əlamətdar olub.
Belə ki, hollandiyalı yarımmüdafiəçi 10 ay, daha dəqiq desək? 1413 gün sonra "qol orucu"nu pozub.
Qeyd edək ki, Sneyder sonuncu dəfə qolu 2016-cı ilin yanvarında "Osmanlıspor"a vurmuşdu.
saytlarin hazirlanmasi