Türkiyənin "Fənərbaxça" klubu iki futbolçusunu heyətdən uzaqlaşdırıb.
Sportal.az xəbər verir ki, bunlar Emmanuel Emenike və Van der Vieldi. Futbolçuların çıxışından narazı qalan komandanın baş məşqçisi Dik Advokat rəhbərliyə bu barədə məlumat verib. Rəhbərlik isə baş məşqçinin məlumatını nəzərə alaraq, hər iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Legionerlər onlar üçün hazırlanan fərdi proqramla məşq edəcək.
Məlumatı klubun rəsmi saytı yayıb.
saytlarin hazirlanmasi