Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, superliqanın 15-ci turunda “Osmanlıspor”la oyunda zədələnən Sərdar Əzizin durumu ciddidir. Bu barədə məlumat klubun rəsmi saytında verilib.
Bu gün tibbi müayinədən keçən müdafiəçinin diz bağlarında kopma aşkarlanıb. Bu səbəbdən futbolçu əməliyyat olunacaq. Bu isə o deməkdir ki, Türkiyə millisinin üzvü üçün mövsüm erkən başa çatıb.
saytlarin hazirlanmasi