İstanbulun "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" "Trabzonspor"un futbolçusu Mehmet Ekicini transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.
Türkiyə millisinin üzvünü transfer etmək üçün "Fənərbaxça" Qara Dəniz təmsilçisinə mərakeşli vinger Aatıf Şeyşunu verəcək və müəyyən miqdarda pul ödəyəcək. Sözləşmə rəsmiləşəndən sonra hər iki futbolçu yeni komandasının düşərgəsinə qoşulacaq.
saytlarin hazirlanmasi