Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in aparıcı oyunçularından olan Volkan Şen sıradan çıxıb. 29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin "Dənəzlispor"la keçirdiyi hazırlıq matçında zədələib.
Aparılan tibbi müayinədən sonra Türkiyə millisinin üzvünün durumuna aydınlıq gəlib. Təcrübəli futbolçunun sol ayağının əzələsində yırtıq aşkarlanıb. Volkan Şenin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
saytlarin hazirlanmasi