Bu gün Türkiyə Super Liqasında 17-ci tura start verilib.
Sportal.az xəbər verir ki, turun matçında millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor"la, millimizin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" üz-üzə gəlib.
XVII turun matçında sevinən tərəf qonaqlar olub. Qara dəniz təmsilçisi "yaşıl timsahlar"ı 1:2 hesabı ilə məğlub edib.
Millimizin üzvü Ramil Şeydayevin adı maçtın iştirak ərizəsinə daxil edilməyib. Dəniz Yılmaz isə oyuna start heyətində başlayıb və sonra qədər mübarizə aparıb. Yılmaz oyunun 90-cı dəqiqəsində sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, bu qələbədən sonra "Trabzonspor" xallarının sayını 21-ə çatdırıb və 10-cu pilləyə yüksəlib. "Bursaspor" isə 27 xalla 5-ci pillədə qalıb.
saytlarin hazirlanmasi