Türkiyə Superliqasının XVIII turu çərçivəsində baş tutacaq "Qaziantepspor" - "Gənclərbirliyi" matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna "Gənclərbirliyi"nin prezidenti İlhan Cavcavın az öncə dünyasını dəyişməsi səbəb olub. Matçın hansı tarixdə keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, "Gənclərbirliyi"nin 40 illik prezidenti olan İlhan Cavcav bu gün 81 yaşında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Onun ölümünə beyinə qan sızması səbəb olub.
saytlarin hazirlanmasi