Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma qonaqların 1 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupdan çıxmaq şansı olmadığı üçün baş məşqçi bu matçda əsasən gənc futbolçulara şans verib. Buna görə də Dəniz Yılmaz görüşdə iştirak etməyib.
Qeyd edək ki, 6 oyundan sonra aktivində 8 xal olan "Bursaspor" qrupu 3-cü pillədə tamamlayıb və kubokda mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi