UEFA Avropa Liqasının 2018/19 mövsümünün final qarşılaşması Türkiyədə oynanıla bilər.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.
Türkiyə tərəfi final qarşılaşmasının “Beşiktaş”a məxsus olan “Vodafon Arena”da təşkil edilməsini istəyir. İstanbul klubunun da razılığını alan TFF quruma müraciət edib.
Qeyd edək ki, Türkiyəfə 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda Çempionlar Liqasının final matçı “Liverpul” - “Milan”, 2009-cu ildə isə “Şükrü Saraçoğlu” stadionunda UEFA Kubokunun (Avropa Liqası) həlledici “Şaxtyor” -“Verder” qarşılaşması keçirilib.
saytlarin hazirlanmasi