Son Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm 7 milyon avro qarşılığında Çinin "Fortune" klubuna satdığı müdafiəçi Ersan Adem Gülümü geri qaytarıb.
Klub saytından bildirilib ki, 29 yaşlı cari mövsümün sonuna qədər icarə əsasında “ağ-qaralılar”da çıxış edəcək. İstanbullular bu keçid üçün qarşı tərəfə heç bir məbləğ ödəməyəcək.
saytlarin hazirlanmasi