Hüseyin Kalparla yollarını ayıran Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Alanya təmsilçisi son iş yeri Fransanın "Evian" klubunu olan Safet Suşiçə tapşırılıb. Bu barədə məlumatı klubun prezidenti Hasan Çavuşoğlu verib. Bosniyalı məşqçi ilə 1,5 illik rəsmi müqaviləyə imzalanıb.
Qeyd edək ki, 61 yaşlı Suşiç daha əvvəl Türkiyədə "İstanbulspor", "Konyaspor", "Ankaragücü", "Rizəspor" və "Ankaraspor" kimi komandaları çalışdırıb.
saytlarin hazirlanmasi