Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor" klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi cənubi koreyalı hücumçusu Hyun-Yun Sukla yolları ayırıb. İcarə əsasında Super Liqa klubunda çıxış edən 25 yaşlı futbolçu məxsus olduğu "Portu" klubuna göndərilib.
Qeyd edək ki, "Trabzonspor"da uğursuz çıxış edən Suk komandada cəmi 1 qol vurub.
Xatırladaq ki, millimizin üzvü Ramil Şeydayev də "Trabzonspor"da çıxış edir. Bəzi ölkələrdə transfer pəncərəsi bağlandığı üşün Ramilin komandada qalacağı ehtimal edilir.
saytlarin hazirlanmasi