"Beşiktaş" bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi serb müdafiəçi Dusko Tosiçlə müqavilə müddətini uzadıb. 32 yaşlı futbolçunun mövsümün sonunda başa çatmalı olan sözləşməsi 2020-ci ilədək uzadılıb. Yeni müqaviləyə əsasən Tosiçin illik maaşı 200 min avro artırılacaq.
Qeyd edək ki, Serbiya milli komandasının üzvü 2015-ci ildən "Beşiktaş"da çıxış edir. O, "qara qartallar"ın heyətində 28 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi