Kuarejma "Beşiktaş"la "nikah təzələdi"

01:06 - 4 Fevral 2017

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Rikardo Kuarejma ilə müavilənin müddətini yeniləyib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı oyunçu 2020-ci ilə qədər İstanbul təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, Kuarejma bu mövsüm Türkiyə superliqasında 17 oyunda 1 qol vurub, 9 qolun ötürməsini verib.

Xəbər xətti