"Beşiktaş"ın futbolçusunu sərt cəza gözləyir: 24 oyun

14:21 - 6 Fevral 2017

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Beşiktaş"ın futbolçusu Dusko Toşiçə ağır cəza verə bilər.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu 24 oyunluq diskvalifikasiya edilə bilər. Buna futbolçunun ölkə kubokunun 1/8 final mərhələsində "Fənərbaxça" ilə oyunda etdiyi hərəkətlər səbəb olub. 

 

Belə ki, 42-ci dəqiqədə qırmızı vərəqə alan Toşiç matçın qalan hissəsini tribunadan izləyib. Ancaq o, oyunu özünə aid olan vəsiqə ilə yox, başqasına aid olan qeydiyyat vəsiqəsi ilə seyr edib.

 

Onun bu hərəkləti isə qaydalara ziddir. Toşiçin İntizam Komitəsinin 47-ci maddəsinin 1-ci bəndində yer alan qaydalarla görə, 8 oyundan, 24 oyuna qədər diskvalifikasiya ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, komandalar arasında ötən gecə baş tutan matçda "Fənərbaxça" qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmişdi

Xəbər xətti