"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri məlum olub.
Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Türkiyə I Liqasında mübarizə aparan "Əskişəhərspor"u çalışdıracaq.
Təcrübəli çalışdırıcı istefaya göndərilən Alpay Özalanı əvəzləyəcək.
Qeyd edək ki, "Əskişəhərspor" 20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış türkiyəli mütəxəssisin məşqçi kimi sonuncu komandası "Qalatasaray" olub.
saytlarin hazirlanmasi