"Bursaspor"dan sonra "Kasımpaşa" ilə oyunda da xal itirən "Fənərbaxça"da hollandiyalı baş məşqçi Dik Advokaat komandanı tərk etməyə hazır olduğunu bildirib.
Sportal.az xəbər verir ki, baş məşqçi oyundan sonra keçirdiyi mətbuat konfransında "Rəhbərlik daha yaxşı məşqçi taparsa, getməyə hazıram" - açıqlamasını verib. O, iddialı komandanı çalışdırmaq üçün İstanbul nəhəngini seçdiyini, lakin bəzi məsələlərdə gecikdiklərini vurğulayıb.
Təcrübəli çalışdırıcı bildirib ki, çatışmamazlıqların düzəlməməsində günahkar özüdür və klub rəhbərlərinin daha yaxşı baş məşqçi seçdikləri təqdirdə, "Fənərbaxça"dan ayrılacaq.
saytlarin hazirlanmasi