Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında növbəti qalibi müəyyənləşib.
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, noyabrda I divizionda vurulan ən yaxşı qolun müəllifi Nurlan Məmmədzadə (“Bakılı”) mükafatlandırılıb. Mükafatı (500 AZN) futbolçuya Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
saytlarin hazirlanmasi