AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda və təxirə salınmış oyunlarda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Birinci divizionun 17-ci turunun “Şəmkir” - “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
Birinci divizionun 14-cü turunun təxirə salınmış oyunu olan “Səbail” - “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Birinci divizionun 14-cü turunun təxirə salınmış oyunu olan “Energetik” - MOİK matçının 20-ci dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Birinci divizionun 14-cü turunun təxirə salınmış oyunu olan “Şahdağ” - “Zaqatala” matçının 81-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
saytlarin hazirlanmasi