"Tək məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı"

00:20 - 5 Mart 2017

Bu gün Azərbaycan çempionatının 1-ci Divizionun 18-ci turunda “Şəmkir” səfərdə “Turan”(Tovuz) 0:2 hesabı ilə məğlub oldu.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “Şəmkir”in qapıçısı Elşən Poladov açıqlama verib.

 

“Çətin və gərgin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, bu gün şans rəqibdən yana idi. Futbol belədir. İki güclü komandanın duelində qələbə şanslı olanın yanında olur. İnanıram ki, növbəti turlarda azarkeşlərimizi yenə sevindirəcəyik” 

 

Təcrübəli qapıçı son zamanlar “Şəmkir”də maddi problemlərin olduğu haqda yayılab məlumatlara da münasibət bildirib:

 

”Heç bir problem yoxdur. Bütün maaşlarımızı vaxtında almışıq. Gəldiyim gündən “Şəmkir”də belə bir problemlə qarşılaşmamışıq. Biz də çalışırıq ki, rəhbərliyin etimadı doğruldaq. Bir məğlubiyyət hər şeyin bitdiyi demək deyil.”

 

Əlcək sahibi azarkeşlərə də təşəkkür edtməyi unutmadı:

 

”Bu gün Tovuz stadionunda həqiqətən futbol bayramı idi. Stadionun bir tərəfi ev sahibləri, digər tərəfi isə “ağ-qırmızı”lı azarkeşlər. Gözəl görüntü idi. Azərbaycan futboluna da bu yaraşır. Təəssüf ki, belə futbol ənənələri olan iki klub Premyer Liqadan uzaqda qalıb. İnanıram ki, hər ikisi gələn ildən Azərbaycan futboluna, Premyer Liqaya rəng qatacaqlar. Tək məqsədimiz çempion olub “Şəmkir”lə Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunu bacaracağımıza inanıram. Çünki komanda bu əhval ruhiyyəni hiss edirəm.

Xəbər xətti