Futbol üzrə Azərbaycan I Divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.
Sportal.az xəbər verir ki, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb. Nurəhmədov səslərin 60 faizini toplayıb.
Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini toplayaraq, qalib gəlib.
Hücumçu mükafatına martın 10-da keçiriləcək “Mil-Muğan” – “Zaqatala” oyunundan öncə qovuşacaq.
saytlarin hazirlanmasi