Qış transfer pəncərəsi zamanı "Qarabağ"dan Türkiyənin "Adanaspor" klubuna keçən Reynaldo dos Santos Silva ona bəslənən etimadları doğrultmur.
Sportal.az xəbər verir ki, Super Liqanın 24-cü turunda səfərdə "Karabükspor"un qonağı olacaq Adana təmsilçisi hazırlıqlarını davam etdirir. Ağ Dəniz təmsilçisinin məşqindən öncə braziliyalı forvard Anadolu Ajansının müxbirinin suallarını cavablandırıb. Reynaldo son oyunlardakı nəticələrdən məyus olduğunu bildirib:
"Son turda "Konyaspor"a məğlub olduğumuz üçün çox məyus oldum. Komandamızda dostluq və nizam-intizam yüksək səviyyədədi. Karabük səfərində əlimizdən gələnin ən yaxşısını edib Adanaya xoşbəxt qayıtmaq istəyirik. Komanda yoldaşlarıma güvənirəm".
Qeyd edək ki, Reynaldo "Adanpor"un heyətində Super Liqada 5 qarşılaşmada iştirak edib və fərqlənə bilməyib.
saytlarin hazirlanmasi