Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qarabağ"dan "Adanaspor"a transfer olunan Reynaldonun komandası səfərdə "Karabükspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna 68-ci dəqiqədə daxil olan Reynaldo, komandasının məğlubiyyətdən xilas olmaıs üçün ciddi heç nə ilə yadda qalmayıb. O, 84-cü dəqiqədə rəqib futbolçuya qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Adanaspor" 24 turdan sonra 17 xalla turnir cədvəlinin sondan ikinci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi