Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Akhisar Bələdiyəspor"un baş məşqçisi Tolunay Kafkas vəzifəsindən getdiyini açıqlayıb. Təcrübəli mütəxəssis Super Liqanın 25-ci turu çərçivəsində "Adanaspor"a 1 - 2 hesablı məğlubiyyətdən sonra istefa verib.
Qeyd edək ki. Akhisar təmsilçisi 25 turdan sonra aktivində olan 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi